07 Mart 2026, 11:53
FUTBOL
İtaliya A seriyasında fevral ayının ən yaxşı məşqçisi açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, ötən ayın ən yaxşısı "Atalanta"nın baş məşqçisi Raffaele Palladino olub. Onun komandası fevral ayında 4 oyunda 3 qələbə qazanıb. "Atalanta" "Kremoneze"yə (2:1), "Latsio"ya (2:0) və "Napoli"yə (2:1) qalib gəlib, "Komo" ilə heç-heçə edib (0:0).
Qeyd edək ki, 27 turdan sonra "Atalanta" 45 xalla turnir cədvəlində 7-ci sırada qərarlaşıb.












