07 Mart 2026, 20:11
FUTBOL
Niderlandlı yarımmüdafiəçi Rayan Qravenberç "Liverpul"la müqaviləsini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2032-ci ilin yayına qədər nəzərdə tutulub. Maliyyə detalları isə açıqlanmayıb.
Qeyd edək ki, Qravenberç "Liverpul"a 2023-cü ildə "Bavariya"dan transfer olunub. O, "qırmızılar"da ümumilikdə 123 oyun keçirib və 8 qol vurub.












