10 Aprel 2026, 09:20
FUTBOL
"Roma" mövsümün sonuna qədər "Brayton"dan icarəyə götürülmüş hücumçu Evan Ferqyusonu müqavilə ilə komandada saxlamamaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Bildirilir ki, "qurdlar" bu yay hücum xəttini yeniləyəcək, lakin irlandiyalı futbolçu Can Pyero Qasperininin planlarına daxil deyil.
Bu mövsüm 21 yaşlı hücumçu 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Ferqyuson topuq əməliyyatı keçirməli olub, buna görə onun üçün mövsüm artıq başa çatıb.
Qeyd edək ki, mövsümün ikinci yarısında Donyell Malen "Roma"nın əsas hücumçusu olub və A Seriyasında 11 oyunda 7 qol vurub.












