"Arsenal" baş məşqçi Mikel Artetanın müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə BBC televiziyası məlumat yayıb.

London klubu artıq ispaniyalı mütəxəssislə danışıqlara başlayıb. "Topçular" Arteta ilə uzunmüddətlə sözləşmə imzalayacaq. 44 yaşlı məşqçinin illik 10 milyon funt-sterlinq təşkil edən maaşı da artırılacaq.

Qeyd edək ki, Mikel Arteta 2019-cu ilin dekabrında "Arsenal"ın baş məşqçisi vəzifəsinə təyin olunub. Onun komandası Premyer Liqada liderdir, Çempionlar Liqasında isə 1/4 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest