"Ştutqart"ın yarımmüdafiəçisi Angelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Mançester Yunayted" almaniyalı futbolçunu transfer etmək istəyir. "Qırmızı şeytanlar" 25 yaşlı dayaq yarımmüdafiəçisini dünya çempionatı başlamadan öncə heyətə qatmağa çalışacaqlar.

Qeyd edək ki, Angelo Ştiller bu mövsüm "Ştutqart"ın heyətində keçirdiyi 44 oyunda 1 qol vurub, 10 qol ötüürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest