"Qalatasaray"ın qapıçısı Uğurcan Çakır karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb.

"İnter" türkiyəli qolkiperi transfer etmək istəyir. Milan təmsilçisi Uğurcanı mövsümün sonunda müqaviləsi başa çatan Yann Zommerə əvəzləyici kimi düşünür. A Seriyasının lideri yayda 29 yaşlı qapıçı üçün İstanbul klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Uğurcan Çakır bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 39 oyunda qapısında 39 qol görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest