"Baye" müdafiəçi Edmond Tapsobanın müqaviləsinin müüddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Burkina-Faso millisinin üzvü ilə 2031-ci ilin 30 iyun tarixinədək nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Edmond Tapsoba 2020-ci ilin yanvarından "Bayer"də çıxış edir. 27 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Leverkuzen təmsilçisinin heyətində keçirdiyi 41 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest