PSJ ötən gün UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin ilk oyununda “Bavariya”nı 5:4 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, "qırmızı-göylər"in hücumçusu Usman Dembele oyundan sonra komandasının çıxışını şərh edib. Fransalı futbolçu hər iki komandanın yaxşı oyun göstərdiyini bildirib:
"Bu, hər iki tərəfin möhtəşəm oyunu idi. Hücum futbolunu sevən, qalib gəlmək istəyən iki komanda qarşılaşırdı. Bunun evdə, yoxsa səfərdə olmasının fərqi yox idi. Həqiqətən çox yaxşı oyun alındı. Əlbəttə ki, qələbə qazandığımız üçün sevinirik. Bir neçə əsas məqam var idi. İlk növbədə, qrup mərhələsində uduzduğumuz üçün bu oyunda mütləq qalib gəlmək istəyirdik. Daha sonra isə diqqətli qalmaq və soyuqqanlı oynamaq vacib idi. Belə qarşılaşmalarda xırda detallar həlledici rol oynayır.
Hesab 5:2 olarkən vəziyyətə daha yaxşı nəzarət edə bilərdik. Amma bilirik ki, "Bavariya" əla komandadır və istənilən anda oyuna qayıda bilər. Bir həftə ərzində fəlsəfəmizi dəyişməyəcəyik. Münhenə qalib gəlmək və finala yüksəlmək üçün gedəcəyik".
Qeyd edək ki, "Bavariya" ilə PSJ arasındakı cavab görüşü mayın 6-da Almaniyada keçiriləcək.







_1777468777.jpg)




