29 Aprel 2026, 12:33
ÇEMPİONLAR LİQASI
"Arsenal" UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin "Atletiko" ilə ilk oyununa ciddi itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, Kay Haverts Madrid səfərində komandaya kömək edə bilməyəcək. Almaniyalı hücumçu zədəlidir.
Əvəzində Ebereçi Eze zədəsini sağaldıb və oynamağa hazırdır.
Qeyd edək ki, "Atletiko" - "Arsenal" qarşılaşması bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasındakı cavab matçı isə mayın 5-də Londonda baş tutacaq.



_1777468777.jpg)








