"Santos"un ulduz futbolçusu Neymar bir neçə gün əvvəl baş verən davaya görə komanda yoldaşı Robinyo Juniordan üzr istəyib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Globo" nəşri paylaşıb.

"Həddindən artıq irəli getdim, bəli, bunu bilirəm. Artıq üzr istədim və aramızda hər şeyi yoluna qoyduğumuzu düşündüm. Futbol oynayan hər kəs bilir ki, bu cür şeylər olur... davalar, itələmələr, şillə... Bu, futboldur.

Bu, gizli saxlanılmalı idi, amma futbolla əlaqəsi olmayan insanlara çatdı və onlar bunu həddindən artıq şişirdilər. Bu, mənim və onun səhvidir. Mən daha çox səhv etmişdim, amma üzr istədim", - deyə Neymar bildirib.

Xatırladaq ki, Neymar bir neçə gün əvvəl "Santos"un məşqi zamanı Robinyo Juniorla dalaşıb. Klub hadisə ilə bağlı daxili araşdırmaya başlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest