Karlo Ançelotti "Santos"da çıxış edən Neymarı Braziliya milli komandasının DÇ-2026 heyətinə daxil etməssinin səbəbini açıqlayıb.

Matc.az xəbər verir ki, italiyalı mütəxəssis 34 yaşlı vingeri vacib oyunçu hesab etdiyini bildirib:

"Azarkeşlərin sevimlisini ilboyu izləyirik. Onun son vaxtlar davamlı oynadığını və fiziki vəziyyətinin yaxşılaşdığını gördük. Neymarı vacib oyunçu hesab edirik. Onu yaxşı əvəzedici kimi gördüyümüz üçün deyil, komandaya gətirə biləcəyi keyfiyyətlərə inandığımız üçün seçdik. Bir, beş və ya 90 dəqiqə oynamasının, hətta meydana girməməsinin, penalti vurub-vurmamasının fərqi yoxdur".

Qeyd edək ki, Neymar Braziliya yığmasının rekordçusudur. O, millinin heyətində 79 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest