Qana milli komandası qarşıdan gələn dünya çempionatında ölkənin şərəfini qoruyacaq futbolçuların siyahısını açıqlayıb.
Matc.az xəbər verir ki, siyahıya 26 futbolçunun adı daxil edilib:
Qapıçılar: Lourens Ati-Zigi ("Sankt-Qallen"), Cozef Ananq ("Sent-Patriks Atletik"), Bencamin Asare ("Harts").
Müdafiəçilər: Alidu Seydu ("Renn"), Yonas Adcetey ("Volfsburq"), Abdul Mumin ("Rayo Valyekano"), Gideon Mensa ("Oser"), Abdul Rahman Baba (PAOK), Cerom Opoku ("Başakşəhər"), Koco Pepra Opponq ("Nitsa"), Derrik Lukkassen ("Pafos"), Marven Senaya ("Oser").
Yarımmüdafiəçilər: Kaleb Yirenki ("Norşellan"), Tomas Parti ("Vilyarreal"), Abdul Fatavu ("Lester Siti"), Kvasi Sibo ("Ovyedo"), Elişa Ovusu ("Oser"), Oqyustin Boakye ("Sent-Etyen").
Hücumçular: Cordan Ayu ("Lester Siti"), Brendon Tomas-Asante ("Koventri Siti"), Antuan Semenyo ("Mançester Siti"), Kristofer Bonsu Baa ("Əl-Qadisiya"), İnyaki Vilyams ("Atletik"), Kamaldin Sulemana ("Atalanta"), Ernest Nuama ("Lion"), Prins Kvabena Adu ("Viktoriya Plzen").
Qeyd edək ki, Qana yığması DÇ-2026-nın final mərhələsində İngiltərə, Panama və Xorvatiya ilə mübarizə aparacaq.









_1780395242.jpg)



