Çexiya millisi DÇ-2026-nın start matçında Cənubi Koreya millisinə məğlub olub (1:2).

Matc.az xəbər verir ki, bu oyunda Çexiya yığmasının baş məşqçisi Miroslav Koubek 74 yaş 284 günündə turnirdə debüt edərək dünya çempionatlarının yeni rekordunu müəyyənləşdirib.

​Koubek mundiallarda debüt oyununu keçirən ən yaşlı məşqçi olub. ​Əvvəlki rekord CAR millisinin çalışdırıcısı Uqo Broosa məxsus idi. O, bu göstəriciyə ötən gün Meksikaya qarşı oyunda imza atmışdı. Oyun zamanı mütəxəssisin 74 yaşı və 62 günü var idi.

​Onlardan əvvəl isə bu rekordu Yunanıstan millisi ilə 71 yaş 307 günündə debüt edən Otto Rehaqel əlində saxlayırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest