PSJ-nin qapıçısı Lyuka Şevalye karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

Bildirilir ki, "Beşiktaş" fransalı qolkiperi heyətinə qatmaq istəyir. 

İlk təklifi rədd edilən İstanbul nəhəngi Paris klubunun qapısını ikinci dəfə döyməyə hazırlaşır. "Qara qartallar" bu dəfə 24 yaşlı əlcək sahibini satınalma bəndi ilə icarəyə götürmək təklifini irəli sürəcək.

Qeyd edək ki, PSJ Lyuka Şevalyeni 2025-ci ilin yayında "Lill"dən 40 milyon avroya transfer edib. Fransa millisinin üzvü geridə qalan 2025/26 mövsümündə Paris təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda qapısında 28 qol görüb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest