"Çelsi" və İspaniya millisinin müdafiəçisi Mark Kukurelya dünya çempionatının startı ərəfəsində qeyri-adi vəd verib.

Matc.az xəbər  verir ki, futbolçu dünya çempionu titulunu qazansalar, milli komandanın baş məşqçisi Luis de la Fuentenin təsviri olan döymə etdirməyə hazır olduğunu deyib:

​"Əgər dünya çempionu olsaq, Luis de la Fuentenin döyməsini etdirəcəm".

​İspaniya millisi mundiala turnirin əsas favoritlərindən biri statusunda yollanır. Luis de la Fuentenin komandası Avro-2024-ün qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest