İtaliyanın "Torino" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayəb.

Komandanın sükanı arxasına tanınmış keçmiş müdafiəçi İnyatsio Abate gətirilib.

Turin klubunun rəsmi açıqlamasında 39 yaşlı mütəxəssislə 2028-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Abate futbolçu karyerası ərzində "Milan", "Napoli", "Empoli" və elə "Torino"nun formalarını geyinib, həmçinin İtaliya millisində çıxış edib. Məşqçilik fəaliyyətinə "Milan"ın aşağı yaş qruplarında başlayan gənc mütəxəssis, son olaraq Seriya B təmsilçisi "Yuve Stabiya"nı çalışdırıb.

Ötən mövsüm "Torino" İtaliya çempionatını 12-ci pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest