DÇ-2026-nın final mərhələsində birinci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, A qrupunda Cənubi Koreya yığması ilə Çexiya üz-üzə gəlib. Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Cənubi Koreya millisinin yarımmüdafiəçisi Hvan İn Bom matçın ən yaxşı oyunçusu seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 29 yaşlı dayaq yarımmüdafiəçisi komandasının geridönüş etdiyi oyunda 1 qol və 1 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest