Milanın "İnter" klubu London "Tottenhem"indən İngiltərə millisinin müdafiəçisi Ced Spensin transferini elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu ilə müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Ötən mövsüm Ced Spens bütün turnirlərdə 44 matçda iştirak edib. Müdafiəçi dünya çempionatında İngiltərə milli komandasının heyətində 8 oyun keçirib.

"Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest