"Qalatasaray" səfərdə Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin də formasını geyindiyi "Erzurumspor"u 4 cavabsız qolla darmadağın edib.

Türkiyə Superliqasında II turun qarşılaşmaları keçirilir. İlk turda gözlənilmədən xal itirən "Qalatasaray" səfərdə inamlı qələbə qazanıb.

Matc.az xəbər verir ki, İstanbul klubu səfərdə Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin də formasını geyindiyi "Erzurumspor"u 4 cavabsız qolla darmadağın edib.

"Cim-bom"un heyətində Roland Şallai, Yunus Akgün və Viktor Osimhenin dublu qələbəni təmin edib.

Hücumçumuz Nəriman Axundzadə qarşılaşmanın 55-ci dəqiqəsində meydana daxil olub və 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

22 yaşlı forvard cari ilin avqust ayında ABŞ-nin "Kolambus Kryu" klubundan "Erzurumspor"a bir mövsümlük icarə müqaviləsi ilə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest