"Zirə"ni analiz etdiyimiz yerlərdən qollar buraxdıq.
Azərbaycan Premyer Liqasının II turu çərçivəsində "Zirə"nin qonağı olan "İmişli" 3:1 hesablı məğlubiyyətlə üzləşib.
Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Fərid Namazov oyun haqda fikirlərini bildirib:
"Bilirdik ki, "Zirə" bu matçda da dominant oynamağa çalışacaq. Bunun qarşısını almağa çalışırdıq. İstəyirdik ki, topu rəqibə verməyək, amma bunu nə qədər bacardıq, sual işarəsidir. "Zirə"ni analiz etdiyimiz yerlərdən qollar buraxdıq. Fərdi səhvlər etdik. Bu, futboldur. Olur belə hallar.
Ehtiyyat heyətlə bağlı problemlərimiz var. Təbii ki, gənc futbolçulara şans vermək klubun strategiyasıdır. Geridə olduğumuz dəqiqələrdə gənc oyunçulara da şans vermək risklidir. Düşünürəm ki, bunun da öhdəsindən gələcəyik."













