Münhen "Bavariya"sı növbəti dəfə Almaniya Superkubokunun qalibi olub

Matc.az xəbər verir ki, bu, klubun tarixdə 12-ci çempionluğu olub.

Vinsent Kompaninin rəhbərlik etdiyi komanda Dortmund "Borussiya"sını 2:1 hesabı ilə üstələyib.

İlk qolu fransalı ulduz Maykl Olisenin ötürməsindən sonra Nataniyel Braun vurub və Qreqor Kobeli məyus edib. Dortmund azarkeşlərinin qol sevinci isə Ramy Bensebaininin ofsaydda olması səbəbindən yarımçıq qalıb. Bundan istifadə edən münhenlilər ilk yarının sonunda Olisenin qolu ilə fərqi ikiyə çatdırıblar.

İkinci hissədə "Borussiya" effektli kombinasiya sayəsində portuqaliyalı hücumçu Fabio Silva ilə ümid qolunu vursalar da, yekun nəticə dəyişməyib.

Qarşılaşmanın sonlarında Bensebaini təhlükəli oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, bu qələbə ilə "Bavariya" ötənilki uğurunu qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest