"İnter Mayami" müntəzəm MLS çempionatının 22-ci turunun matçında "Toronto"ya məğlub olub. Mayamidəki "Nu Stedium" arenasında keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matc.az xəbər verir ki, bu barədə "Champion" idman nəşri məlumat yayıb.

Bildirilir ki, qonaqlar 59-cu dəqiqədə Coşua Sarcentin zərbəsindən sonra hesabı açıblar. 3 dəqiqə sonra Derrik Etyen "Toronto"nun üstünlüyünü ikiyə çatdırıb. "İnter Mayami" yalnız 83-cü dəqiqədə fərqi azalda bilib. Lionel Messi Rodriqo De Paulun ötürməsini qola çevirib.

Messi üçün bu qol çempionatda 18 oyunda 14-cü olub və o, bombardirlər siyahısında ikinci yeri tutur. Bununla belə, meydan sahibləri məğlubiyyətdən qaçmağı bacarmayıblar və mövsümdə dördüncü uğursuzluqla üzləşiblər.

Hazırda komanda 39 xalla Şərq konfransında ikinci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest