"Barselona" "Sportinq"in və Portuqaliya millisinin mərkəz müdafiəçisi Qonsalu İnasio ilə yaxından maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Kataloniyalılar 24 yaşlı futbolçunu Jül Kunde və Aleks Baldenin klubdan mümkün ayrılığı variantına qarşı namizəd kimi nəzərdən keçirir. Futbolçunun müqaviləsində 60 milyon avro təzminat məbləği qeyd olunub.
İnasio Portuqaliya yığmasında 22 oyun keçirib və 2 qol vurub. Ötən mövsüm "Sportinq"in müdafiəçisi bütün turnirlərdə daxil olmaqla 46 matçda iştirak edib, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Oyunçunun klubu ilə hazırkı əmək müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avro təşkil edir.













