"Milan"ın hücumçusu Kristofer Nkunku "Leypsiq"ə geri dönəcək. Fransalı futbolçunun yenidən Almaniya klubunun formasını geyinməyə yaxın olduğu vurğulanır.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq məlumat yayıb.
Bildirilir ki, klublar 28 yaşlı fransalının satın alma hüququ ilə icarəsinə dair şifahi olaraq prinsipial razılıq əldə ediblər. Müqavilənin yaxın 2-3 gün ərzində rəsmiləşəcəyi gözlənilir.
İcarə müddəti başa çatdıqdan sonra "Leypsiq"in Kristoferi 35 milyon avroya birdəfəlik satın almaq hüququna sahib olacağı qeyd edilir.
Nkunku "Çelsi"yə transfer olunana qədər (2019-2023) məhz "Leypsiq"də çıxış edib. O, 2025-ci ilin avqustunda 37 milyon avro qarşılığında London klubundan "Milan"a keçmişdi.
İtaliya A Seriyasında keçirdiyi 32 matçda futbolçu 7 qol vurub (5-i penaltidən) və 3 məhsuldar ötürmə edib.













