"İnter Mayami"nin hücumçusu Lionel Messi "Klyob de Fut Monreal"ın qapısına vurduğu 4 qoldan sonra futbol tarixində birbaşa cərimə zərbələrindən ən çox qol vuran futbolçular siyahısında ikinci pilləyə yüksəlib.
Matc.az xəbər verir ki, "X" sosial şəbəkəsindəki statistik "Sudanalytics" hesabı məlumat yayıb.
Bildirilir ki, 39 yaşlı argentinalının hesabında artıq cərimə zərbələrindən vurulmuş 74 qol var. Ondan yuxarıda yalnız Marselinyo Karioka yerləşir – 78 qol.
Üçüncü yeri Jair Roza Pintu və Roberto Dinamit bölüşür – hərəyə 74 qol, beşinci isə Juninyo Pernambukanodur – 72 qol.
Beləliklə, Messi bu siyahıda liderlikdən cəmi 4 qol, rekorddan isə 5 qol geridədir.
Xatırladaq ki, bu gün Messi cərimə zərbələrindən 2 qol vurub, onun klubu isə 7:1 hesabı ilə qalib gəlib.













