30 Avqust 2026, 11:41
FUTBOL
"Tottenhem" İngiltərə çempionatında ilk iki oyunu qol vurmadan məğlubiyyətlə başa vurub ki, bu da 1974/1975 mövsümündən bəri ilk dəfə qeydə alınıb.
Matc.az xəbər verir ki, statistik "Opta" portalı məlumat yayıb.
Bildirilir ki, "Tottenhem" Premyer Liqanın startındakı iki turu uğursuzluqla başa vuraraq, iki məğlubiyyət alıb və qol vura bilməyiblər. İlk oyunda londonlular səfərdə "Brentford"a uduzublar (0:3), daha sonra isə evdə "Nyukasl"a məğlub olublar (0:2).
Hazırda Roberto De Dzerbinin komandası İngiltərə çempionatının turnir cədvəlində sonuncu, 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti matçını "Tottenhem" sentyabrın 5-də səfərdə "Nottinqem Forest"ə qarşı keçirəcəklər.













