"Ayaks" 30 yaşlı yarımmüdafiəçi Sofyan Amrabatla müqavilə imzaladığını elan edib.

Matc.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, keçid azad agent statusu ilə baş tutub. Oyunçu 2028-ci ilin iyununa qədər nəzərdə tutulan 2 illik müqaviləyə qol çəkib. Sövdələşmənin maliyyə detalları açıqlanmır.

30 yaşlı yarımmüdafiəçi karyerasına Niderlandda başlayıb, burada "Utrext" və "Feyenoord"un şərəfini qoruyub. Bundan sonra o, "Brügge", "Verona", "Fiorentina", "Mançester Yunayted", "Fənərbaxça"da çıxış edib, ötən mövsüm isə "Betis"in rənglərini qoruyub.

2026-cı il dünya çempionatında Sofyan Mərakeş millisinin heyətində 3 matçda meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest