Azərbaycan Premyer Liqasında növbəti üç turun oyun cədvəli müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
IV turun qarşılaşmaları sentyabrın 4-də start götürəcək. Bu turda "Turan Tovuz" – "Sumqayıt", "Qəbələ" – "İmişli", "Kəpəz" – "Şamaxı", "Neftçi" – "Safa", "Sabah" – "Zirə" və "Qarabağ" – "Araz-Naxçıvan" matçları baş tutacaq.
Növbəti həftə, sentyabrın 11-də isə V turun oyunlarına start veriləcək. Həmin turda azarkeşlər "Zirə" – "Qarabağ", "Araz-Naxçıvan" – "Turan Tovuz", "Safa" – "Sabah", "Kəpəz" – "Qəbələ", "Sumqayıt" – "Şamaxı" və "İmişli" – "Neftçi" qarşıdurmalarını izləyə biləcəklər.
Çempionatın VI turunun oyunları isə sentyabrın 17-də təşkil olunacaq. Turnir cədvəlinin gərginliyini artıracaq bu turda "Sabah" – "İmişli", "Kəpəz" – "Sumqayıt", "Turan Tovuz" – "Zirə", "Qarabağ" – "Safa", "Qəbələ" – "Neftçi" və "Şamaxı" – "Araz-Naxçıvan" görüşləri keçiriləcək.
IV tur
4 sentyabr (cümə)
“Qəbələ” – “İmişli”
Qəbələ şəhər stadionu, 18:00
“Kəpəz” – “Şamaxı”
Gəncə şəhər stadionu, 20:15
5 sentyabr (şənbə)
“Sabah” – “Zirə”
“Bank Respublika Arena”, 18:30
“Neftçi” – “Şəfa”
“Palms Sports Arena”, 20:30
6 sentyabr (bazar)
“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 18:00
“Qarabağ” – “Araz-Naxçıvan”
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:15
V tur
11 sentyabr (cümə)
“İmişli” – “Neftçi”
Yevlax şəhər stadionu, 16:30
12 sentyabr (şənbə)
“Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu, 17:30
“Sumqayıt” – “Şamaxı”
“SOCAR Polymer Arena”, 19:45
13 sentyabr (bazar)
“Araz-Naxçıvan” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 16:30
“Zirə” – “Qarabağ”
Zirə İK stadionu, 19:00
14 sentyabr (bazar ertəsi)
“Şəfa” – “Sabah”
“SOCAR Polymer Arena”, 19:00
VI tur
18 sentyabr (cümə)
“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 17:30
“Qarabağ” – “Şəfa”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:45
19 sentyabr (şənbə)
“Sabah” – “İmişli”
“Bank Respublika Arena”, 19:45
“Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu, 17:30
20 sentyabr (bazar)
“Şamaxı” – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu, 16:30
“Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu, 19:00













