30 Avqust 2026, 16:17
FUTBOL
"İnter"in yarımmüdafiəçisi Kristyan Asllani icarə əsasında BƏƏ-nin "Əl-Cəzirə" klubuna keçib.
Matc.az xəbər verir ki, bu barədə "İnter" klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı oyunçunun icarəsi 2 milyon avroya başa gələcək. Sövdələşməyə yarımmüdafiəçinin 6,5 milyon avroya birdəfəlik satın alınması opsiyası da daxil ediləcək və bu bənd müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə məcburi xarakter daşıyacaq.
Qeyd edək ki, ötən mövsüm albaniyalı futbolçu icarə əsasında "Beşiktaş" və "Torino"da çıxış edib.













