"Əl-Hilal"ın fransalı hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı klubunu tərk etmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Santi Auna "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Bildirilir ki, fransalı "Qızıl top" sahibinin yaxın günlərdə Səudiyyə klubundakı karyerasını başa vuracağı gözlənilir.
Benzema "Əl-İttihad"dan ayrıldıqdan sonra 2026-cı ilin fevralında "Əl-Hilal"a keçib.
O, peşəkar karyerasına "Lion"da başlayıb, daha sonra 2009-cu ildə "Real" ilə müqavilə imzalayıb. Madriddə 14 mövsüm keçirən hücumçu, 5 Çempionlar Liqası titulu da daxil olmaqla, 25 kubok qazanıb.
2022-ci ildə Benzema "Qızıl top"a layiq görülüb. 2023-cü ilin yayında Madridi tərk edən ulduz futbolçu karyerasını "Əl-İttihad"da davam etdirib və "Əl-Hilal"a keçməzdən əvvəl bu komanda ilə Səudiyyə Ərəbistanı çempionatının və Kubokunun qalibi olub.













