"Tottenhem" İliman Ndiayenin transferi barədə "Everton"la prinsipial razılıq əldə edib. Qarşı tərəfdən isə braziliyalı hücumçu Rişarlison alınacaq.

Matc.az xəbər verir ki, "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, hər iki klubdakı mənbələr transferlərin ayrı-ayrı sövdələşmələr olduğunu və bir-biri ilə bağlı olmadığını vurğulayırlar. Keçidlərin başa çatması şəxsi müqavilələrin şərtlərinin razılaşdırılmasından və futbolçuların tibbi müayinədən keçməsindən asılıdır.

Ndiaye 2024-cü ilin yayında 15 milyon funt-sterlinq qarşılığında "Marsel"dən "Everton"a qoşulub. Həmin vaxtdan bəri seneqallı hücumçu mersisaydlıların heyətində 73 matç keçirməyə imkan tapıb, bu oyunlarda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rişarlison 2022-ci ildə "Everton"dan "Tottenhem"ə transfer olunub. Bu müddət ərzində 29 yaşlı braziliyalı hücumçu 134 matçda 32 qol vurub, ötən mövsüm isə 11 dəqiq zərbə ilə London komandasının Premyer Liqada ən yaxşı bombardiri olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest