Niderland millisinin və "Aston Villa"nın hücumçusu Olli Uotkins Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşma 3 illik, 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Rəsmi bəyanatda keçidin maliyyə detalları açıqlanmasa da, bu transferin 58,4 milyon avro + 2 milyon avro bonus şəklində başa gələcəyini bildirilir.
Qeyd edək ki, Uotkins 2017-ci ilin yayında tərk etdiyi və "Brentford"a qoşulduğu "Ekseter Siti"nin yetirməsidir. Hücumçu "arılar"ın şərəfini 143 matçda qoruyub, bu oyunlarda 49 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla belə, artıq 2020-ci ilin sentyabrında Uotkins 34 milyon avro qarşılığında Birmingem klubuna keçərək "Aston Villa"nın heyətini gücləndirib. Bu müddət ərzində o, komandada 278 matç keçirib, 108 qol vurub və 26 məhsuldar ötürmə edib.
30 yaşlı ingilisin aktivində milli komandanın heyətində 24 matç (7 qol və 2 qolun ötürməsi) var. O, "üç şirlər"in heyətində 2026-cı il dünya çempionatına yollanıb və turnirin yekunlarına əsasən 51 dəqiqə meydanda qalıb.













