31 Avqust 2026, 10:56
FUTBOL
İngiltərə Premyer Liqasının II turunun "İpsviç"lə oyununda "Mançester Yunayted"in futbolçuları rəqib qapısına 33 zərbə endiriblər. Bu, komandanın son 10 mövsümdə İPL oyunlarında göstərdiyi maksimum nəticədir.
Matc.az xəbər verir ki, bu barədə "Squawka" statistika portalı "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, qarşılaşma Mançesterdəki "Old Trafford" stadionunda baş tutub.
"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş matçda het-trik edib və məhsuldar ötürmə ilə yadda qalıb.
Növbəti turda "Mançester Yunayted" sentyabrın 6-da səfərdə "Everton"la qarşılaşacaq, "İpsviç Taun" isə sentyabrın 4-də "Liverpul"u qəbul edəcək.













