"Hamburq" "Arsenal"ın yarımmüdafiəçisi Fabiu Vieyra üçün 10 milyon avro ödəyərək onu birdəfəlik transfer edə bilər.

Matc.az xəbər verir ki, 26 yaşlı portuqaliyalı futbolçunun transferi ilə bağlı danışıqlar sonmərhələdədir və London klubu yay "transfer pəncərəsi" bağlanana qədər oyunçunu satmağa çalışır.

Qeyd edək ki, ötən mövsümü Vieyra icarə əsasında "Hamburq"da keçirib və Bundesliqanın 29 matçında 7 qol vurub, 5 məhsuldar ötürmə edib.

Futbolçu 2022-ci ildə "Porto"dan "Arsenal"a 34 milyon funt-sterlinq qarşılığında keçib və "topçular"ın heyətində ümumilikdə 47 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest