31 Avqust 2026, 11:30
FUTBOL
"Roma" "Atalanta"dan yarımmüdafiəçi Marten de Ronun və Fransanın "Marsel" klubundan müdafiəçi Leonardo Balerdinin transferini elan edib.
Matc.az xəbər verir ki, bu barədə Roma klubu rəsmi saytında məlumat yayıb.
Yarımmüdafiəçi Marten de Ron əvvəlki klubunda 445 oyun keçirib və 23 qol vurub. De Ron Niderland millisində də 44 matça çıxıb və 2022-ci, həmçinin 2026-cı illərdə baş tutan iki dünya çempionatında ölkəsini təmsil edib. Yarımmüdafiəçi 15 nömrəli formanı geyinəcək.
27 yaşlı argentinalı müdafiəçi Leonardo Balerdi Avropada Dortmund "Borussiya"sı və "Marsel"in heyətində 200-dən çox oyun keçirib. Balerdinin aktivində Argentina millisi ilə 11 matç da var. O, "Roma"da çıxış etmək üçün 26 nömrəli formanı seçib.













