31 Avqust 2026, 13:27
FUTBOL
"Mançester Yunayted" müdafiəçi Həbib Oqunneyenin "Arsenal"a keçdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə mankunianlıların mətbuat xidməti məlumat yayıb.
20 yaşlı ingilis futbolçunun transfer məbləği açıqlanmır. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2027-ci il iyunun 30-nadək nəzərdə tutulmuşdu.
"Mançester Yunayted"in yetirməsi olan oyunçu klubun yeniyetmə və gənclər komandalarında çıxış edib. Oqunneye ötən mövsümü icarə əsasında İngiltərənin 4-cü divizionunda mübarizə aparan Uelsin "Nyuport" klubunda keçirib





_1788268930.jpg)







