31 Avqust 2026, 13:34
FUTBOL
"Qəbələ" baş məşqçi Kaxaber Sxadadze ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub Kaxaber Sxadadzeyə komandadakı fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, köməkçi məşqçi Georgi Çixradze ilə də yollar ayrılıb.













