31 Avqust 2026, 15:29
FUTBOL
"Strasbur"un sağ cinah müdafiəçisi Güela Due "Bayer"ə keçir.
Matc.az xəbər verir ki, Almaniya klubu 23 yaşlı futbolçunun transferi üçün bonuslar da daxil olmaqla 37,5 milyon avro ödənilməsi barədə razılıq əldə edib.
Bu mövsüm fransalı oyunçu Liqa 1-də 1 matçda meydanda olub.
Ötən mövsüm Due çempionatda 24 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.













