31 Avqust 2026, 15:50
FUTBOL
PSJ Usman Dembele ilə yeni müqavilə imzalayacaq.
Matc.az xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb.
Bildirilir ki, Fransa klubu 29 yaşlı hücumçu ilə müqavilənin müddətinin 2030-cu ilə qədər uzadılması barədə razılıq əldə edib.
Futbolçunun hazırkı sözləşməsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir.
Vingerlə yeni müqavilə imzalandığı yaxın həftələrdə rəsmən elan olunacaq.
Dembele 2023-cü ilin avqustundan PSJ-də çıxış edir. O, klubla birlikdə 3 dəfə Fransa çempionatının, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub. 2025-ci ildə Dembele "Qızıl top" mükafatına layiq görülüb.













