31 Avqust 2026, 17:12
FUTBOL
İngiltərənin "Liverpul" klubu PSJ-dən hücumçu Bredli Barkolanın transferini elan edib.
Matc.az xəbər verir ki, bu barədə Mersisayd klubu "X" sosial şəbəkəsində məlumat yayıb.
Daha əvvəl "Liverpul"un hücumçunun transferi ilə bağlı razılıq əldə etdiyi bildirilirdi. Mersisaydlılar sabit məbləğ kimi 125 milyon avro, həmçinin 20 milyon avroya qədər yüksələ biləcək bonuslar ödəyəcəklər.
Ötən mövsüm Barkola PSJ-nin heyətində bütün turnirlərdə 49 matçda iştirak edib, 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Oyunçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 90 milyon avro təşkil edir.













