Lionel Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə ulduz futbolçu öz sosial şəbəkə səhifəsində məlumat yayıb.
Bildirilir ki, Messi paylaşımında bu fikirlərə yer verib:
"Finaldan sonra yaşananlardan və uzun-uzadı düşündükdən sonra hamıya milli komandadakı karyeramı başa vurduğumu elan etmək istəyirəm... Bu, ağrılı və hələ də acı verən bir qərardır, lakin başa düşürəm ki, indi ən doğru zamandır. And içirəm ki, mən hər zaman, təkcə hər şeyi qazandığımız son illərdə deyil, həm də əvvəllər bütün gücümü ortaya qoymuşam. Futbol vasitəsilə sizə sevinc bəxş etmək və argentinalı olmağınızla fəxr etməyiniz üçün bu forma uğrunda hər zaman mübarizə aparmışam və hər şeyimi vermişəm.
Az vaxt qaldı, səhifələr qapanır və bu səhifə mənə dərindən ağrı verir. Milli komandada olmağı sevirdim, sevirdim və hər zaman da sevəcəyəm. Bütün gücümü verdim; artıq verməyə heç nəyim qalmayıb və üstəlik, arxamca orada olmağa layiq olan çox istedadlı gənc oyunçular gəlir. Bu 20 ildəki bütün sevgiyə görə təşəkkür edirəm.
İndi mən də sizlərdən biri olacağam, hər zaman kənardan sizi dəstəkləyəcəyəm və azarkeşlik edəcəyəm (xüsusilə həm yaxşı, həm də pis günlərdə). Hər zaman yanımda olduqları, bu gözəl, lakin çətin səyahətdə məni müşayiət etdikləri üçün ailəmə təşəkkür edirəm. Bu yolu bölüşmək şansına nail olduğum məşqçilərin, komanda yoldaşlarımın və menecerlərin hər birinə təşəkkür edirəm. Özümlə unudulmaz xatirələr və anlar aparıram. Sizə və komanda yoldaşlarıma nağıla bənzər anlar yaşatdığım üçün sakitlik və qürur hissi ilə gedirəm. Bunu hamınızla birlikdə yaşamaq inanılmaz idi.
Sizi sevirəm! Məni argentinalı etdiyin üçün təşəkkür edirəm, Allahım! İrəli, Argentina!
Mən bu sözləri iyulun 21-də, finaldan iki gün sonra yazmışdım. Atamla baş verənlərdən sonra buna daha çox əmin oldum".
Qeyd edk ki, Argentina millisinin heyətində Messi 2022-ci ilin dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi, 2022-ci il Finalissimasının qalibi və 2008-ci ilin Olimpiya çempionu olub.













