"Mançester Siti" İliman Ndiayenin transferi barədə "Everton"la prinsipial razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı oyunçu "şəhərlilər"in heyətində tibbi müayinədən keçmək üçün klub rəhbərliyindən icazə alıb. Transfer məbləği 60 milyon funt-sterlinq təşkil edəcək ki, bunun da 5 milyonu bonus şəklində nəzərdə tutulub.

Vingerin özü ilə şəxsi müqavilənin şərtlərinin artıq razılaşdırıldığı qeyd olunur.

Ndiaye 2024-cü ilin yayında 15 milyon funt-sterlinq qarşılığında "Marsel"dən "Everton"a keçib. Həmin vaxtdan bəri seneqallı hücumçu mersisaydlıların heyətində 73 matçda meydana çıxıb, 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest