"Barselona"nın vingeri Lamin Yamal kataloniyalıların heyətində 50 və daha çox qol vuran ən gənc oyunçu olub.

Matc.az xəbər verir ki, bu, İspaniya La Liqasının III turunun oyununda, komandanın "Rayo Valyekano"nu 5:2 hesabı ilə darmadağın etdiyi qarşılaşmada gerçəkləşib.

Görüşdə dublla yadda qalan Lamin kataloniyalıların tanınmış sabiq hücumçusu Xosep Eskolaya məxsus olan və 91 ildir qorunan rekordu qırıb. Eskola 1935-ci ildə 20 yaş 356 günlüyündə "Barselona"nın heyətində 50 qol həddinə çatmışdı.

Həmin vaxtdan bəri bu nailiyyətə hamıdan çox yalnız argentinalı Lionel Messi yaxınlaşa bilmişdi, lakin o, 50 qol həddinə 21 yaş 120 günlüyündə çatmışdı. Yamal isə rekordu müəyyənləşdirən zaman 19 yaş 49 günlüyündə olub.

Qeyd edək ki, İspaniya çempionatında keçirdiyi 3 oyundan sonra 9 xal toplayan "Barselona" turnir cədvəlində birinci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest