"Ayntraxt" 26 yaşlı mərkəz müdafiəçisi Lilian Brassye ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Bildirilir ki, fransalı futbolçu klubla 30 iyun 2031-ci ilə qədər sözləşmə imzalayıb.

"Renn" oyunçu üçün 8,5 milyon avro və bonuslar alacaq.

Ötən mövsüm Brassye Liqa 1-də 27 matçda iştirak edib, 1 məhsuldar ötürmə edib və 2 sarı vərəqə alıb. O, meydanda orta hesabla 83 dəqiqə keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest