İlyas Ansah "Xall Siti"nin oyunçusu olub. İngiltərə klubu 21 yaşlı hücumçunun "Yunion"dan transferini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

iTərəflər 2031-ci ilə qədər müqavilə bağlayıblar.

Berlin təmsilçisi bu keçiddən 21 milyon avro qazanacaq: 17 milyon avro dərhal ödəniləcək, daha 4 milyon avro isə ingilislər tərəfindən növbəti tranşlarla köçürüləcək.

Bu, "Yunion" tarihində ən baha satışdır – əvvəlki rekord 2022-ci ildə Tayvo Avoniyinin 20,5 milyon avro qarşılığında "Nottingem Forest"ə transferi zamanı qeydə alınmışdı.

Ötən mövsüm Bundesliqada Ansah 33 matçda meydanda olub, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest