PSJ 18 yaşlı hücumçusu İbrahim Mbayenin Birminhem "Aston Villa"sına transfer olunduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.
Yayımlanan açıqlamada "İbrahim Mbaye 10 yaşında qoşulduğu, akademiyanın bütün pillələrini keçdiyi, əsas komandada möhkəmləndiyi və heyətində 8 trofey qazandığı klubu tərk edir. 18 yaşlı hücumçu "Aston Villa"nın oyunçusu olur. PSJ İbrahimin inkişafı ilə fəxr edir, ona təşəkkür edir və karyerasında ən yaxşısını arzulayır" ifadələrinə yer verilib.
Mbaye 2018-ci ildə PSJ akademiyasına qoşulub, paytaxt klubunun əsas komandasında isə 2024-cü ildə, 16 yaşında debüt edib. O, klubun heyətində ümumilikdə 42 matça çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.






_1788268930.jpg)






