01 Sentyabr 2026, 17:00
FUTBOL
"Barselona" braziliyalı hücumçu Qabriel Jezusun "Arsenal"dan transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2029-cu ilin yayına qədər müqavilə imzalayıblar.
Jezus 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 123 matçda iştirak edib, 32 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Oyunçunun klubla mövcud əmək müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. "Transfermarkt" portalında futbolçunun dəyəri 17 milyon avro təşkil edir.









_1788268930.jpg)



