Əfsanəvi ingiltərəli yarımmüdafiəçi Devid Bekhem Fransanın "Nant" klubunun həmtəsisçisi ola bilər.
Matc.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.
Bildirilir ki, Bekhem "Nant"ın alınmasında maraqlı olan konsorsiuma daxil olub. Kluba 2007-ci ildən sahiblik edən Valdemar Kita komandanın satışı variantını nəzərdən keçirməyə hazırdır və artıq üç təklif alıb.
"Nant" Bekhemin səhmlərinə sahib olduğu ilk futbol klubu olmayacaq. İngiltərəli sabiq futbolçu "İnter Mayami"nin təsisçisi və həmtəsisçisidir, həmçinin "Solford Siti"də pay sahibidir. Cari ilin may ayında Bekhem milyardlıq sərvətə sahib ilk britaniyalı idmançı olub.
Xatırladaq ki, ötən mövsümün yekunlarına əsasən komanda Liqa 1-də 17-ci yeri tutub və Fransa çempionatının ikinci divizionuna düşüb.











_1788268930.jpg)

