Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Polşanın "Rakuv" klubunda yeni baş məşqçi təyinatı rəsmiləşib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Polşanın "Rakuv" klubunda yeni baş məşqçi təyinatı rəsmiləşib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, komandanın sükanı arxasına David Şulçek gətirilib. O, bu vəzifədə istefaya göndərilən David Kroçeki əvəz edib.

Şulçek bu təyinata qədər kollektivdə köməkçi məşqçi funksiyasını yerinə yetirirdi. Çempionata uğursuz start verən "Rakuv" Polşa Ekstaklasasında keçirdiyi ilk 4 matçın hamısında məğlubiyyətlə üzləşib ki, bu da cari ilin mayından komandanı çalışdıran Kroçekin postu ilə vidalaşmasına səbəb olub.

Qeyd edək ki, Mahir Emreli bu mövsüm komandasının heyətində 5 qol vurmağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest