Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun fransalı vingeri Mussa Diabi karyerasını Leverkuzen "Bayer"ində davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilə 5 illik – 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmasa da, mətbuatın yaydığı məlumata görə, söhbət 30 milyon avrodan gedir.

Beləliklə, Diabi 3 illik fasilədən sonra "Bayer"ə geri dönüb. O, daha əvvəl 2019–2023-cü illərdə Leverkuzen klubunda çıxış edib. Bundan sonra 55 milyon avro qarşılığında "Aston Villa"ya keçib, 1 il sonra isə "Əl-İttihad"a satılıb.

Səudiyyə Ərəbistanında keçirdiyi 2il ərzində Diabi bütün turnirlərdə çıxış etdiyi 73 matçda 11 qol vurub və 33 məhsuldar ötürmə edib. 27 yaşlı vinger Fransa millisinin heyətində 11 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest